Sumqayıtda qayınata gəlini döyərək xəstəxanalıq edib

Sumqayıtda qayınata gəlini döyərək xəstəxanalıq edib Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qayınata gəlini döyərək xəstəxanalıq edib.
Hadisə
30 Mart , 2019 19:19
Sumqayıtda qayınata gəlini döyərək xəstəxanalıq edib

Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qayınata gəlini döyərək xəstəxanalıq edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Nemətova Ülviyyə İlqar qızı yaşadığı 1 mk,Ev 128/34, mənzil 15-də ailə münaqişəsi zəmnində, öz qaynatası tərəfindən döyülüb. 32 yaşlı gəlin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra Ülviyyə Nemətova evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi