Sumqayıtda qardaş bacısını qətlə yetirib

Sumqayıtda qardaş bacısını qətlə yetirib Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir
Hadisə
12 Oktyabr , 2016 09:45
Sumqayıtda qardaş bacısını qətlə yetirib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhər sakini bacısını qətlə yetirib.

Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.

Məlumata görə, şəhərin “Saray bağları” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Şahbazov Pərviz İsmayıl oğlu bacısı 22 yaşlı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi