Sumqayıtda qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı reyd keçirildi

Sumqayıtda qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı reyd keçirildi Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlara qarşı reyd keçirilib.
Hadisə
20 Mart , 2020 13:24
Sumqayıtda qanunsuz fəaliyyət göstərən marşrutlara qarşı reyd keçirildi
Report

Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlara qarşı reyd keçirilib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi və "Sumqayıt Nəqliyyat" MMC-nin xidməti ərazisində qeydiyyatda olan avtomobillərin və sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna səfər etmələrinin, eləcə də həmin istiqamətlərə qanunsuz sərnişin daşımalarının qarşısının alınması məqsədilə zəruri təbliğat və təşviqat işləri aparılıb.

Bildirilib ki, sərnişinlər dezinfeksiya olunan nəqliyyat vasitələrindən istifadə etməklə yalnız avtovağzal vasitəsilə istədikləri ünvana gedib qayıda bilərlər.

Bu kimi reydlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi