Sumqayıtda qadının mənzilindən pul və silah oğurlanıb

Sumqayıtda qadının mənzilindən pul və silah oğurlanıb Oğurluqda şübhəli bilinən şəxslər tutulublar
Hadisə
7 Sentyabr , 2016 11:54
Sumqayıtda qadının mənzilindən pul və silah oğurlanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən oğurluq olub.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də şəhər sakini Bəstiqız Ağayevaya məxsus evdən 1500 manat pul və pnevmatik tüfəng oğurlamaqda şübhəli bilinən həmyerliləri Qardaşxan Ağayev və Süleyman Əhmədov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi