Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb

Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb.
Hadisə
13 Yanvar , 2020 12:55
Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb

Sumqayıtda qadını avtomobillə vurub qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi