Sumqayıtda qadın piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Sumqayıtda qadın piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb Araşdırma aparılır
Hadisə
25 yanvar 2018 08:10
Sumqayıtda qadın piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində qadın piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 19-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla qadının şəhər sakini Sara Hüseynova olması, həmin gün 41-ci məhəllənin ərazisində yolu keçərkən naməlum avtomobillə vurulduğu məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib. Hadisə yerindən qaçan sürücü, şəhər sakini Mahir Mirzəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi