Sumqayıtda qadın məhkəməyə verdiyi qonşusu tərəfindən döyülüb

Sumqayıtda qadın məhkəməyə verdiyi qonşusu tərəfindən döyülüb Sumqayıt. 9 avqust. REPORT.AZ Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.
Hadisə
9 Avqust , 2018 20:52
Sumqayıtda qadın məhkəməyə verdiyi qonşusu tərəfindən döyülüb

Sumqayıt. 9 avqust. REPORT.AZ Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Pərvanə Hüseyn qızı Dadaşova onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib. 

Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi