Yuxarı
    Bağlamaq

    Sumqayıtda polis yanğın zamanı ana və azyaşlı övladının həyatını xilas edib

    Polis serjantları qatı tüstüdən zəhərləndiklərinə görə intensiv terapiya şöbəsinə yerləşdirilib© DİN

    Bakı. 28 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində polis yanğın zamanı mənzildə köməksiz vəziyyətdə qalmış ana və azyaşlı övladının həyatını xilas edib. 

    DİN-dən "Report"a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın hadisəsi baş verib.

    Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları hadisə yerində ictimai asayişi təmin etmək üçün əraziyə göndəriliblər. Polis serjantları Əfsər Baxşəliyev və Bəxtiyar Əliyev həyatlarını təhlükəyə ataraq alovların arasında huşlarını itirmiş mənzil sahibi - Sünbül Əliyeva və onun azyaşlı övladı Aylini xilas ediblər.

    Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi