Yuxarı
    Bağlamaq

    Sumqayıtda polis rəisinin otağında dava düşüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxslə zərərçəkən arasında əlbəyaxa dava düşüb.

    "Report"un xəbərinə görə, hadisə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Füzuli Əhmədovun xidməti otağında baş verib.

    Belə ki, dələduzluqda təqsirləndirilərək barəsində cinayət işi başlanılmış Məharət Əliyevlə zərəçəkmiş Almara Qəşədərova arasında əlbəyaxa dava olub. Hadisə nəticəsində hər iki şəxs bədən xəsarətləri alıb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi