Sumqayıtda polis leytenantı ehtiyatsızlıqdan özünə atəş açıb

Sumqayıtda polis leytenantı ehtiyatsızlıqdan özünə atəş açıb Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.
Hadisə
18 İyul , 2019 21:36
Sumqayıtda polis leytenantı ehtiyatsızlıqdan özünə atəş açıb
Report.az

Sumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

“Report”un məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun odlu silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirdiyi və nəticədə öldüyü ehtimal edilir.

Hadisə axşam saat 19:40 radələrində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi