Sumqayıtda poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Sumqayıtda poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB-2 Sumqayıt şəhərində polatəritmə sexində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
Hadisə
27 Mart , 2019 21:18
Sumqayıtda poladəritmə sexində partlayış olub, ölən və yaralananlar var - YENİLƏNİB-2

Sumqayıt şəhərində polatəritmə sexində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı ağır dərəcəli yanıq xəsarətləri alan Seyidəliyev Minyaz Şükür oğlu yerləşdirldiyi xəstəxanada ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 20:19

Sumqayıt şəhərində polatəritmə sexində baş verən partlayış zamanı yaralanan ş.əxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Yaralılar "təcili yardım" avtomobilləri ilə Sumqayt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Yaralılar:

1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 
1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,
1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu,
1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu.

Yaralılar sexdə çalışan fəhlələr olub. Onların vəziyyəti ağır olduğundan Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib. 


*** 19:38

Sumqayıtda poladəritmə sexində partlayış baş verib.

“Report”un Sumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb. 

Partlayış zamanı ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, , 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi