Sumqayıtda orta yaşlı kişi 18 bıçaq zərbəsi ilə qətlə yetirilib - YENİLƏNİB

Sumqayıtda orta yaşlı kişi 18 bıçaq zərbəsi ilə qətlə yetirilib - YENİLƏNİB Sumqayıt şəhərində, 11-ci mikrorayon ərazisində yerləşən Xanə kafesinin qarşısında bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub.
Hadisə
5 iyun 2019 00:24
Sumqayıtda orta yaşlı kişi 18 bıçaq zərbəsi ilə qətlə yetirilib - YENİLƏNİB

Sumqayıt şəhərində, 11-ci mikrorayon ərazisində yerləşən "Xanə" kafesinin qarşısında bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib. O, aldığı xəsarətlədən hadisə yerində dünyasını dəyişib. 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Hadisənin səbəbləri və kim tərəfindən törədilməsi hüquq0mühafizə orqanları tərəfindən araşdırlır. 


*** 02:23


Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayonunda yerləşən "Xanə" kafesinin qarşısında olub.

Belə ki, hələlik şəxisiyyəti məlum olmayan orta yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlnaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi