Sumqayıtda oğurluq hadisəsi baş verdi - VİDEO

Sumqayıtda oğurluq hadisəsi baş verdi - VİDEO Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Hadisə
7 May , 2020 23:22
Sumqayıtda oğurluq hadisəsi baş verdi - VİDEO

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürsounun məlumatına görə, hadisə “Dostluq avtoservis” adlanan avtomobil təmiri sexində qeydə alınıb.

Təxminən 40-45 yaşlı naməlum şəxs sexə gələrək ustalardan birinə məxsus mobil telefonu və digər əşyaları oğurlayıb. O, ərazidən uzaqlaşarkən tanınmaması üçün əlindəki sellofan torbalarla üzünü gizlətməyə çalışıb. Hadisənin videogörüntüsü şəhərin Niyazi küçəsindəki müşahidə kamerasında lentə alınıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə məlumat verilib.

Hazırda polis həmin şəxsin kimliyini araşdıraraq, saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Son xəbərlər

Orphus sistemi