Sumqayıtda oğurluğa görə saxlanan şəxsin digər əməlləri məlum olub

Sumqayıtda oğurluğa görə saxlanan şəxsin digər əməlləri məlum olub Sumqayıt. 6 yanvar. REPORT.AZ/ Sumqayıtda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri məlum olub.
Hadisə
6 Yanvar , 2018 12:15
Sumqayıtda oğurluğa görə saxlanan şəxsin digər əməlləri məlum olub

Sumqayıt. 6 yanvar. REPORT.AZ/ Sumqayıtda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri məlum olub.

Bu barədə "Report"un yerli bürosuna DİN mətbuat xidmətindən bildirilib. Məlumata görə, oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun bir evdən 5 000 ABŞ dolları, 3 000 rubl və 84 manat, daha bir evdən isə 400 manat pul və 600 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi