Sumqayıtda oğul atasını bıçaqlayıb

Sumqayıtda oğul atasını bıçaqlayıb Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir
Hadisə
23 Avqust , 2017 08:26
Sumqayıtda oğul atasını bıçaqlayıb
Courtesy İmage

Sumqayıt. 23 avqust. REPORT.AZ/ Sumqayıtda oğul atasını bıçaqlayıb.

"Report" xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Romans" şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. 

Həkimlər C. Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi