Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib

Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Ramil Əbilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Hadisə
17 May , 2019 20:43
Sumqayıtda ögey xalasını qətlə yetirən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Ramil Əbilovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Əbilovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apelyasiya Məhkəməsi onun apelyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi