Sumqayıtda ögey xalasını qətlə yetirən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıtda ögey xalasını qətlə yetirən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
12 May , 2017 12:49
Sumqayıtda ögey xalasını qətlə yetirən şəxs 20 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda və qətldə təqsirləndirilən Ramil Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əbilov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R.Əbilovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il iyul ayının 22-də Sumqayıt şəhərində baş verib. Masallı rayon sakini R.Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, onu xüsusi amansızlıqla öldürüb və oradan 800 manat pul və bir ədəd kompüter aparıb.

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əbilov tutulub.

Son xəbərlər

Orphus sistemi