Sumqayıtda qadın müəllimin meyiti tapılıb - YENİLƏNİB

Sumqayıtda qadın müəllimin meyiti tapılıb - YENİLƏNİB Sumqayıtda meyiti tapılan qadın müəllimin adı açıqlanıb.
Hadisə
30 Oktyabr , 2019 17:21
Sumqayıtda qadın müəllimin meyiti tapılıb - YENİLƏNİB

Sumqayıtda meyiti tapılan qadın müəllimin adı açıqlanıb. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır.

İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir.


*** 16:01

Sumqayıt şəhərində qadın müəllimin meyiti tapılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Hələlik şəxsiyyəti məlum olmayan qadının müəllim olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi