Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb Sumqayıt. 19 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.
Hadisə
19 Aprel , 2018 16:30
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıt. 19 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən qadın meyiti tapılıb.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə şəhərin 41a məhəlləsində, ev 1, mənzil 37-də qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. 

Mənzilə baxış zamanı oradan şəhər sakini, 1941-ci il təvəllüdlü Qalina Vasilevna Culayevanın meyiti aşkar olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi