Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Sumqayıtda mənzildən qadın meyiti tapılıb Qalina Dormanın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
6 Yanvar , 2016 18:26
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Qalina Fyodorovna Dormanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormanın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi