Sumqayıt mənzildən meyit tapılıb - YENİLƏNİB

Sumqayıt mənzildən meyit tapılıb - YENİLƏNİB Sumqayıt şəhərində yaşadığı evdə meyiti tapılan şəxsin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Hadisə
5 Oktyabr , 2019 12:14
Sumqayıt mənzildən meyit tapılıb - YENİLƏNİB

Sumqayıt şəhərində yaşadığı evdə meyiti tapılan şəxsin bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

"Report" xəbər verir ki,  şəhər sakini, 1967-ci il təvəllüdlü Ağayev Namiq Abdulla oğlunu mübahisə zəmnində bıçaqlayaraq öldürüən şəxsin hələlik adı məlum deyil. 

Qətlə yetirilən şəxsin narkotik maddə aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

***11:03 Sumqayıt şəhərin mənzildən meyit tapılıb. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Onun üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi