Yuxarı

Sumqayıtda evdən 3500 manat dəyərində qızıl oğurlanıb

​Sumqayıtda mənzildən 3500 manat dəyərində qızıl oğurlanıb

Sumqayıtın Ceyranbatan bağlarında fərdi yaşayış evindən oğurluq olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan bağları, 1 saylı asvaltzavod ərazisində yerləşən evlərdən birində baş verib.

Evin sahibi Sahibə Zeynalova bildirib ki, hadisə onların evdə olmadığı gün olub: "Mənzilə daxil olan oğrular oradan ümumi dəyəri, təxminən, 3500 manat olan qızıl-zinət əşyalarını oğurlayıblar".

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi