Sumqayıtda mənzildə 69 yaşlı qadının meyiti tapılıb

Sumqayıtda mənzildə 69 yaşlı qadının meyiti tapılıb 1937-ci il təvəllüdlü Əmiraslanova Fizzə Yusif qızının cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə
1 Avqust , 2016 21:00
Sumqayıtda mənzildə 69 yaşlı qadının meyiti tapılıb

Bakı. 1 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildə meyit tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Əmiraslanova Fizzə Yusif qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:13-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi