Sumqayıtda məktəbə gedən şagirdi maşın vurub

Sumqayıtda məktəbə gedən şagirdi maşın vurub Sumqayıt. 8 fevral REPORT.AZ/ Sumqayıt şəhərində məktəbə gedən 13 yaşlı qızı maşın vurub.
Hadisə
8 Fevral , 2018 09:55
Sumqayıtda məktəbə gedən şagirdi maşın vurub

Sumqayıt. 8 fevral REPORT.AZ/ Sumqayıt şəhərində məktəbə gedən 13 yaşlı qızı maşın vurub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2005-ci il təvəllüdlü Məlahət Ceyhun qızı İbrahimova yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, ağır kəllə-beyin travması ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Məktəbin 7-ci sinif şagirdi olan M.İbrahimovanın vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi