Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb - YENİLƏNİB

Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb - YENİLƏNİB Sumqayıt. 24 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adı məlum olub.
Hadisə
24 Yanvar , 2018 16:40
Sumqayıtda məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb - YENİLƏNİB

Sumqayıt. 24 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxsin adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki,  39 yaşlı Bəsdi Tanrıverdiyeva və 8 yaşlı qızı Fidan Tanrıverdiyeva Sumqayıt şəhər 21 nömrəli məktəbdən çıxarkən onları avtomobil vurub. 

Hadisədən sonra sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


***16:08

Sumqayıt. 24 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində məktəbdən çıxan ana və övladını maşın vurub, uşaq ölüb. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda, 21 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Qəza zamanı azyaşlı elə hadisə yerindəcə keçinib. Yaralı ana dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi