Sumqayıtda məktəb direktorunun otağından oğurluq olub

Sumqayıtda məktəb direktorunun otağından oğurluq olub Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
1 Fevral , 2016 13:27
Sumqayıtda məktəb direktorunun otağından oğurluq olub

Bakı. 1 fevral. REPORT.AZ/ Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından oğurluq olub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbin direktorunun otağından noutbuk və 2 saylı qadın məsləhətxanasının inzibati binasından təmir-tikinti alətləri oğurlamış Sumqayıt şəhər sakini Elçin Vahabov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi