Sumqayıtda mebel mağazasında yanğın olub

Sumqayıtda mebel mağazasında yanğın olub Sumqayıt şəhərində mebel mağazasında yanğın olub.
Hadisə
14 fevral 2022 11:06
Sumqayıtda mebel mağazasında yanğın olub

Sumqayıt şəhərində mebel mağazasında yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1200 m² (hər mərtəbəsi 600 m²) olan ikimərtəbəli mebel mağazasının zirzəmisində, sahəsi 12 m² olan texniki otaqda quraşdırılan 10 ədəd elektrik açarı və 6 p.m kabel yanıb. Otağın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi