Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlanıb

Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlanıb Sumqayıt. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
5 Sentyabr , 2018 01:50
Sumqayıtda kütləvi dava zamanı iki gənc bıçaqlanıb

Sumqayıt. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 21-ci məhəlləsi ərazisində bir qrup gənc arasında kütləvi dava olub.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi