Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb - YENİLƏNİB Sumqayıt. 25 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi dava zamanı bıçaqlanan şəxslərin adı məlum olub.
Hadisə
25 Sentyabr , 2018 09:30
Sumqayıtda kütləvi dava olub, iki nəfər bıçaqlanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Sumqayıt. 25 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində kütləvi dava zamanı bıçaqlanan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Nəsirov Elməddin Valerin oğlu və 1993-cü il təvəllüdlü Əliyev Məhəmməd Nizami oğlu bıçaqlanıblar.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


***23:18


Sumqayıt. 24 sentyabr. REPORT.AZ/ Sumqayıtda kütləvi dava zamanı iki nəfər  bıçaqlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Avtovağzalın yaxınlığında baş verib.

Belə ki, 10-a yaxın yerli sakin iki nəfərlə mübahisə edib. Bu zaman hər iki şəxs bıçaqlanıb. Yaralılar ətrafdakıların köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, hə iki şəxsin vəziyyəti ağır olaraq qalır.

Faktla bğlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi