​Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

​Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib Hadisə yerinə dərhal FHN-in əməkdaşları cəlb olunub
Hadisə
23 Yanvar , 2015 21:10
​Sumqayıtda köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Bakı. 23 yanvar. REPORT.AZ/ Axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlılar mənzildə köməksiz vəziyyətdə qalıblar.

"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar.

Mənzildə nəzarətsiz qalmış azyaşlılar aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi