Bakı. 10 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində 4 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.
Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşları xilas ediblər. Əməliyyat saat 21:21-də başa çatıb.