Sumqayıtda kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb Hadisəni törədən şəxs qaçmağa müvəffəq olub
Hadisə
25 Mart , 2018 20:24
Sumqayıtda kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıt. 25 mart. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü şəhər sakini Ramin Bəylər oğlu Həsənov 9-cu mikrorayon ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Əməliyyat olunan Bəylər Həsənovun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxs qaçmağa müvəffəq olub.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi