Sumqayıtda keçmiş arvadını 27 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə hökm oxunub

Sumqayıtda keçmiş arvadını 27 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə hökm oxunub O, 18 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
30 Mart , 2017 14:37
Sumqayıtda keçmiş arvadını 27 bıçaq zərbəsi ilə qətlə yetirən şəxsə hökm oxunub

Bakı. 30 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Verdiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Sumqayıt şəhərində qeydə alınıb. Şəhər sakini, 1975-ci il təvəllüdlü S.Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. O, qadına 27 bıçaq zərbəsi vuraraq, onu xüsusi amansızlıqla öldürüb.

S.Verdiyev hadisənin qısqanclıq zəminində törətdiyini bildirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqa) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi