Sumqayıtda kafenin yanması nəticəsində bir nəfər tüstüdən zəhərlənib

Sumqayıtda kafenin yanması nəticəsində bir nəfər tüstüdən zəhərlənib Yanğın saat 13:42-də söndürülüb
Hadisə
22 Sentyabr , 2015 15:50
Sumqayıtda kafenin yanması nəticəsində bir nəfər tüstüdən zəhərlənib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sumqayıtda kafenin yanması nəticəsində bir nəfər tüstüdən zəhərlənib. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kafenin 1 otağında məişət əşyaları 20 kv.m sahədə yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 70 kv.m sahədə əriyib.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:42-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi