Sumqayıtda "JEK"də işləyən qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Sumqayıtda "JEK"də işləyən qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin növbəti icası martın 30-na təyin edilib
Hadisə
20 Mart , 2018 16:10
Sumqayıtda JEKdə işləyən qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Report

Bakı. 20 mart. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə mərhum qadının həyat yoldaşı Paşa Qənbərov da iştirak edib.

Məhkəmənin növbəti icası martın 30-na təyin edilib.

Qeyd edək ki, 2017-ci il noyabrın 9-da Həsənova Nuridə Bəhram qızının üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyitinin yaşadığı Sumqayıt şəhəri, 7-8-12 məhəllə, ev 78A, mənzil 19-da aşkar olunub.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Cinayətin Sumqayıt şəhər sakini Nəsibli Firuz Şadət oğlu tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətlə yetirilən N.Həsənova Sumqayıtda Mənzil İstismar Sahəsində (JEK) işləyirmiş. 

Orphus sistemi