Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapılıb

Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapılıb Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.
Hadisə
13 noyabr 2021 19:23
Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapılıb

Sumqayıt şəhərində itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu Bakı şəhəri, Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmə Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi