Yuxarı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Sumqayıtda intihara cəhdin qarşısı alınıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi