Sumqayıtda intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Sumqayıtda intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB - FOTO Sumqayıt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb.
Hadisə
6 Avqust , 2018 14:46
Sumqayıtda intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb - YENİLƏNİB - FOTO

Sumqayıt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində intihara cəhd edən 71 yaşlı kişi xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***13:17Sumqayıt. 6 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 71 yaşlı kişi intihara cəhd edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi