Bakı. 25 yanvar.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 8-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində baş verib. Həmin ərazidə Qubadlı rayon sakini O.Həziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini - Xalidə Rzayevanı və Zəngilan rayon sakini Sahibə Səfərlini vurub. Piyadalar hadisə yerində ölüblər.
Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən saxlanılan O.Həziyevin barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.