Bakı. 4 avqust. REPORT.AZ/ Sumqayıtda iki gənc dənizdə batıb. "Report" xəbər verir ki, bu barədə
Məlumata əsasən, Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Elnur Etibar oğlu Həmidovun və 1997-ci il təvəllüdlü Anar Xalid oğlu Tanrıverdiyevin suda batması haqqında FHN-ə məlumat daxil olub.
E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri "Corat" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.