Yuxarı

Sumqayıtda fəhlələr beşinci mərtəbədən yıxılıb, onlardan biri ölüb

Araşdırma aparılır

Bakı. 29 sentyabr. REPORT.AZ/ Sumqayıtda iki fəhlə damdan yıxılıb və biri dünyasını dəyişib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev fəhlə işlədikləri evin damında təmir işləri apararkən (beşmərtəbəli binadan) yıxılıblar.

İ.Musayev hadisə yerində ölüb. Araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi