Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri ağır yaralanıb

Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri ağır yaralanıb Sumqayıt. 20 mart. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 
Hadisə
20 Mart , 2018 15:53
Sumqayıtda iki avtomobil toqquşub, sürücülərdən biri ağır yaralanıb

Sumqayıt. 20 mart. REPORT.AZ/ Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosunun məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub, nəticədə zərbənin təsirindən sürücülərdən biri maşının şüşəsindən çıxaraq kənara düşüb. 

Yaralı sürücülərdən biri, 1978-ci il təvəllüdlü Ramil Eldar oğlu Yusifov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi müdaxilə edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi