Sumqayıtda hündürmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə edilib

Sumqayıtda hündürmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə edilib Yanğının baş verməsinin səbəbləri araşdırılır
Hadisə
6 Oktyabr , 2017 10:12
Sumqayıtda hündürmərtəbəli binada yanğın olub, 15 nəfər təxliyə edilib
Report

Bakı. 6 oktyabr. REPORT.AZ/ Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasından yanğın olub.

FHN-dən “Report”a verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 72 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 12 m² sahədə və ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi