Yuxarı

Sumqayıtda həmyerlisini döyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Maşınlar həmin meyitin üzərindən kemirdilər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elman Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahid Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı Möhübbət Əliyev ifadə verib.

O, cinayət hadisəsi ilə bağlı məlumat veriləndən sonra qadının meyitini tapdıqlarını deyib: "Hadisəni törədənin Elman Əhmədov adlı şəxsin olduğu məlum oldu. Lakin heç bir əməliyyatda iştirak etməmişəm".

Şahid Şahin Nərimanov ifadəsində Şamaxı rayonuna gedərkən yolun ortasında meyit gördüyünü bildirib: "Maşınlar həmin meyitin üzərindən keçmirdilər".

Məhkəmə istintaqının başa çatması elan edilib. Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin baxış iclası sentyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhər sakini Gülnaz Dadaşova müəyyən edilməmiş avtomobillə vurulub və o, hadisə yerində ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşları tərəfindən Gülnaz Dadaşovanın münaqişə zəminində həmyerlisi Elman Əhmədov tərəfindən döyülərək qətlə yetirilməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elman Əhmədov tutulub. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi