Sumqayıtda gənc qadın iş yerinin yaxınlığında möhkəm döyülüb

Sumqayıtda gənc qadın iş yerinin yaxınlığında möhkəm döyülüb O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
Hadisə
18 Fevral , 2018 22:21
Sumqayıtda gənc qadın iş yerinin yaxınlığında möhkəm döyülüb

Bakı. 18 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində 27 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə qadının işlədiyi yerin yaxınlığında baş verib.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günəş Vahab qızı Cəfərova öz tanışı tərəfindən vəhşicəsinə döyülüb. Hadisənin nə üstündə törədildiyi hələ ki, məlum deyil. Gənc qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi