Sumqayıtda gənc qadın 5-ci mərtəbədən yıxılıb - YENİLƏNİB

Sumqayıtda gənc qadın 5-ci mərtəbədən yıxılıb - YENİLƏNİB Sumqayıt. 27 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxıldığı bildirilən gənc qadının adı məlum olub.
Hadisə
27 Aprel , 2018 16:53
Sumqayıtda gənc qadın 5-ci mərtəbədən yıxılıb - YENİLƏNİB
Report

Sumqayıt. 27 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində 5-ci mərtəbədən yıxıldığı bildirilən gənc qadının adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, şəhər sakini, 1991-ci il təvəllüdlü Nərgiz Cənnət qızı Qasımovadır. Onun vəziyyətinin ağır olduğu bildirilir. 


***16:01

Sumqayıt. 27 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.

Adı hələ ki məlum olmayan, təqribən 20-25 yaşlarında gənc qadın yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi