Sumqayıt. 11 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində özünü yaşadığı evdə\ kəndirlə asaraq intihar edən gənc oğlanın şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Murad İlqar oğlu Qədiməliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Onun meyiti muayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
*** 8:23
Sumqayıt. 11 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində gənc oğlan intihar edib.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Belə ki, hələlik adı məlum olmayan gənc oğlan yaşadığı evdə özünü asaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.