Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB Sumqayılt şəhərində hündürlükdən yıxılaraq ölən gəncin şəxsiyyəti məlum olub.
Hadisə
13 Mart , 2019 11:14
Sumqayıtda gənc oğlan hündürlükdən yıxılaraq ölüb - YENİLƏNİB

Sumqayılt şəhərində hündürlükdən yıxılaraq ölən gəncin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, şəhərin 41-ci məhəllə sakini, 1995-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsi günü tonqal qalaması üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib. Bu zaman ayağı büdrəyərək yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 01:23

Sumqayıt şəhərində gənc oğlan hündürlükdən yıxılaraq ölüb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə hadisə, şəhərin 41-ci məhəlləsində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan gən oğlan yel çərşənbəsi günü tonqal qalamaq üçün hündürlükdən taxta parçaları toplayaraq aşağı atmaq istəyib bu zaman onun ayağı büdəryərək yerə yıxılıb. 

Ağır bədən xəsarətləri alan gənc oğlan xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi