Sumqayıtda fəhləni maşın vuraraq qaçıb

Sumqayıtda fəhləni maşın vuraraq qaçıb Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
1 İyul , 2018 04:16
Sumqayıtda fəhləni maşın vuraraq qaçıb

Sumqayıt. 1 iyul. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Hacı Zeynalabdin qəsəbəsindəki marketlərin birində fəhlə işləyən 1999-cu il təvəllüdlü İsrafilov Eldəniz Mübariz oğlu həmin ərazidə yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Sürücü hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi