Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ağır xəsarət alıb

Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ağır xəsarət alıb Zərərçəkmiş əməliyyat olunub
Hadisə
7 Aprel , 2018 22:42
Sumqayıtda fəhlə işlədiyi binadan yıxılaraq ağır xəsarət alıb

Sumqayıt. 7 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində istehsalatda bədbəxt hadisə baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü yerli sakin Rüstəmov Saleh Novruzəli oğlu Yaşıldərə yaşayış massivində fəhlə işlədiyi binanın ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Fəhlə müayinə olunaraq əməliyyat edilib. Hazırda zərərçəkmişin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi